“İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişiklik edilməsini təklif edilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda hazırda yaşa görə əmək pensiyası alan şəxslər
işlədikdə işsizlikdən sığorta haqqı ödəsələr də, işsizlər üçün
nəzərdə tutulmuş sosial təminat mexanizmlərindən yararlana
bilmirlər.

Trend xəbər
verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF)
2026-cı il büdcə layihəsinə verdiyi rəydə bildirilib.

Vurğulanıb ki, bu vəziyyət qanunvericilikdə ziddiyyət yaradır.
Buna görə, də qurum problemin aradan qaldırılması üçün “İşsizlikdən
sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara
dəyişiklik edilməsini təklif edir.




“Məlumat üçün qeyd edək ki, 2025-ci ilin 1 yanvar tarixinə
1-Pensiya nömrəli statistik hesabata əsasən 123320 nəfər yaşa görə
əmək pensiyaçısı aktiv əmək müqaviləsi ilə işləyir və işsizlikdən
sığorta haqqı ödəyir. 2024-cü ilin 01 yanvar tarixinə isə bu
göstərici 135511 nəfər təşkil etmişdir”, – məlumatda qeyd
edilib.

Palata yekunda bu kateqoriyanın sığorta haqlarına cəlb
olunmaması məqsədəuyğun hesab edir. Qurum belə əsaslandırır ki,
həmin kateqoriyaya aid şəxslər qanunla işsiz kimi qeydiyyata alına
və işsizlik sığortasından yararlana bilməzlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir