
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun tanker və universal
quru yük gəmiləri ilə 2025-ci ilin yanvar–oktyabr aylarında
ümumilikdə 4 milyon 838 min 499 ton yük daşınıb.
Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, daşımaların 3 milyon 714 min 677 tonu tanker
gəmiləri, 1 milyon 123 min 822 tonu isə universal quru yük gəmiləri
ilə həyata keçirilib.
Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 3 milyon
410 min 939 ton və 724 min 627 ton təşkil etmişdi. Beləliklə, maye
yük daşımalarında 8,9 faiz, quru yük daşımalarında isə 55,1 faiz
artım qeydə alınıb.
Ümumilikdə, ASCO-nun maye və quru yük daşımalarının həcmi ötən
ilin eyni dövrü ilə müqayisədə təxminən 17 faiz artıb.

