Mətbuat katibinə yeni vəzifə verildi

Baş səhifə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) mətbuat katibi Şahin Məmmədova yeni vəzifə verilib.

Modern.az xəbər verir ki, bu barədə Ş.Məmmədovun özü bildirib. O, jurnalistlərə xitabında deyib:

“Bu gündən Dövlət Vergi Xidmətində yeni məsul bir vəzifədə işimi davam etdirirəm. Dövlət Vergi Xidmətinin media üzrə əlaqələrinə indi Gunel xanım (Günel Bəhramqızı-red.) baxacaq.

Uzaqda deyiləm, eyni strukturdayam. Hər hansı məsələ və ya sual yarandıqda mənimlə də rahatlıqla əlaqə saxlaya bilərsiniz.

İndiyədək göstərdiyiniz dəstəyə və əməkdaşlığa görə hər birinizə təşəkkür edirəm”.

Xatırlaadq ki, telejurnalist Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Media və kommunikasiya idarəsinin rəis müavini – şöbə rəisi vəzifəsinə təyin edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir