
İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Datang Corporation Ltd.” şirkətinin sədri Lü Cün ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib:
“Görüşümüzdə birgə fəaliyyətin perspektivlərini qeyd etdik. Yaşıl enerji layihələrinin icrası, Birgə Yaşıl Enerji Sənaye Parkı layihəsinin həyata keçirilməsinin perspektivləri, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma imkanları və texnologiyalar transferi sahəsində potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələrimiz oldu”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

