Mərkəzi Bank bu ildən “yaşıl” və dayanıqlı portfellərlə bağlı məcburi hesabatlılığın tətbiqinə başlayacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı bu ildən etibarən “yaşıl” və dayanıqlı
portfellərlə bağlı məcburi hesabatlılığın tətbiqinə başlayacaq.

Trend xəbər verir
ki, bunu bu gün Asiya İnkişaf Bankının “Asiyada kiçik və orta
biznesin monitorinqi 2025” (ASM 2025) adlı hesabatının Bakıdakı
təqdimatı zamanı Mərkəzi Bankın maliyyə sektorunun dayanıqlı
inkişaf departamentinin direktoru Rüstəm Tairov deyib.




“Bu ildən etibarən maliyyə institutlarından öz ‘yaşıl’ və
dayanıqlı portfellərini bəyan etməyə başlamaları tələb olunacaq.
Hesab edirik ki, maliyyə təşkilatlarının ‘yaşıl’ fəaliyyətini
gücləndirməklə, kiçik və orta biznes sektorunun da
‘yaşıllaşdırılmasına’ töhfə verə biləcəyik”, – deyə o qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir