Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı

Baş səhifə

Bakı. Trend:

Ölkənin ən böyük maliyyə institutlarından biri olan Kapital Bank
beynəlxalq maliyyə bazarında yeni bir zirvəni fəth edərək, öz
tarixində ilk sindikatlaşdırılmış kredit sazişini uğurla imzaladı.
Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”ın
təşkilatçılığı ilə həyata keçirilən bu tarixi saziş mərasimi 11
noyabr 2025-ci il tarixində Dubay şəhərində hər iki bankın
rəhbərləri tərəfindən rəsmiləşdirildi. Əməkdaşlıq çərçivəsində
Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış
kredit vəsaitinin cəlbi nəzərdə tutulur.

Qeyd edək ki, bu əməkdaşlığın əsası ötən aylarda Körfəz
regionunda aparılan məqsədyönlü təqdimatlar zamanı qoyulub. Belə
ki, Kapital Bank-ın Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü
Emin Məmmədovun rəhbərliyi ilə bankın nümayəndə heyətinin Doha və
Dubay səfəri çərçivəsində regionun əsas maliyyə institutlarına
bankın güclü maliyyə göstəriciləri, dayanıqlı inkişaf strategiyası
və gələcək investisiya planları təqdim edilib. Məhz bu
təqdimatların uğurlu davamı olaraq imzalanan saziş, Kapital Bank-ın
beynəlxalq maliyyə bazarında etibarlı və sabit tərəfdaş statusunu
daha da möhkəmləndirib.




Tədbirdən dərhal sonra öz sosial media kanalında paylaşım edən
Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid
Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib. “Bu əməkdaşlıq
bankımızın maliyyə dayanıqlılığını artırmaqla yanaşı, həm də
Azərbaycanın maliyyə sektoru üçün yeni beynəlxalq imkanlar yaradır.
Bir ekosisteminin əsas hissəsi olaraq gələcək hədəfimiz beynəlxalq
tərəfdaşlıqları keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdır. Biz bu
resursları ölkəmizin rəqəmsal transformasiya prosesini
gücləndirməyə və uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin
edən layihələrə yönəldərək ölkə iqtisadiyyatına dəyər qatmağa davam
edəcəyik”.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir