Mərkəzi Bank İslam bankçılığı ilə bağlı qanunvericiliyə dəyişiklikləri bu ilin sonunadək hökumətə təqdim etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı İslam bankçılığı ilə bağlı
qanunvericiliyə dəyişiklikləri 2025-ci ilin sonunadək hökumətə
təqdim etməyi planlaşdırır.

Trend xəbər verir
ki, bunu bu gün Asiya İnkişaf Bankının “Asiyada kiçik və orta
biznesin monitorinqi 2025” (ASM 2025) adlı hesabatının Bakıdakı
təqdimatı zamanı Mərkəzi Bankın maliyyə sektorunun dayanıqlı
inkişaf departamentinin direktoru Rüstəm Tahirov deyib.

Onun sözlərinə görə, dövlət qurumları və 15-dən çox dövlət
institutu maliyyə inklüzivliyi üzrə milli strategiya
hazırlayıb.




“Sənədin hələ layihə mərhələsində olmasına baxmayaraq, onun
yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir”, – deyə R. Tahirov
bildirib.

O vurğulayıb ki, Azərbaycanda KOB-lara verilən kreditlər ümumi
kredit portfelinin 25 faizini, ümumi biznes portfelinin isə 47
faizini təşkil edir ki, bu da bankların real iqtisadiyyatla
qarşılıqlı əlaqəsinin artdığını göstərir. “Lakin bu, eyni zamanda
onu da göstərir ki, kredit dövrlərinin dəyişdiyi zaman KOB-lar
fəaliyyətlərini maliyyələşdirməkdə çətinliklərlə üzləşə bilərlər,”
– deyə R. Tahirov qeyd edib.

Mərkəzi Bankın nümayəndəsinin sözlərinə görə, KOB-lar
məşğulluğun təmin edilməsində də mühüm rol oynayır və milli
məşğulluğun təxminən yarısını təşkil edir. Bununla belə, o qeyd
edib ki, KOB sektorundakı məşğulluq əsasən aşağı istehsal
göstəricilərinə malik sahələrdə cəmlənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir