
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bu ilin mart atyında “Money Shop” Məhud Məsuliyyətli Cəmiyyətinə (MMC) Bakıda növbəti
valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verilib.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
Məlumata əsasən, yeni məntəqə Bakı şəhəri, Nəsimi rayonu,
Azadlıq prospekti, 22 ünvanında fəaliyyət göstərəcək. Şirkətin
digər valyuta mübadiləsi məntəqəsi isə Bakı şəhəri, Səbail rayonu,
Üzeyir Hacıbəyov küçəsi, ev 8-də fəaliyyət göstərir.
Qeyd edək ki, ölkədə “Eliko”, “Delta Capital”, “Zuhur”, “Bakı
Mərkəzi Valyuta”, “Meta-Kapital” və “MMK-014” MMC-lərə valyuta
mübadiləsi faəliyyətinə dair AMB-dən müvafiq lisenziyalar
verilib.

