Ərdoğan Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarənin istintaqı ilə bağlı danışıb

Baş səhifə

Bakı. Trend:

Dünən C130 hərbi yük təyyarəsi qısa müddət sonra
Gürcüstan–Azərbaycan sərhədinə yaxın Siqna-G bölgəsində qəzaya
uğrayıb.

Trend xəbər verir
ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı
bəyanatında bildirib.

Bəyanata başsağlığı ilə başlayan Ərdoğan, qəza nəticəsində şəhid
olan şəxsi heyət üzvlərinin adlarını sadalayıb:

“Bu faciəvi hadisə nəticəsində təəssüf ki, 20 vətən övladımız
şəhid olub… Uca Allah şəhidlərimizin məkanını cənnət, məqamlarını
uca etsin. Qəlbimizdəki yanğını təsvir etmək, bu ağrını sözlə ifadə
etmək mümkün deyil. Göz yaşlarımızı içimizə axıdır, kədərimizi
qəlbimizə basırıq”.




O, qəza ilə bağlı aparılan araşdırma haqda da məlumat verib.

“Hadisə xəbəri gələn kimi Milli Müdafiə nazirimizlə yanaşı,
Daxili İşlər və Xarici İşlər nazirlərimiz də qarşı tərəflərlə təmas
qurublar. Axtarış-xilasetmə işlərinə dərhal başlanılıb. Görüntü
almaq üçün Gürcüstan hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində
pilotsuz uçuş aparatlarımız dərhal hərəkətə gətirilib.

Həmin gün axşam saat 17:00 radələrində təyyarənin qalıqlarına
çatıldığı xəbəri alındı. Təhlükəsizlik məqsədilə qəza sahəsi tam
nəzarət altına alınıb. Elə dünən gecə 46 nəfərlik qəza-araşdırma
qrupumuzun hadisə yerinə göndərilməsi təmin edildi. Təyyarəmizin
“qara qutusu” tapılıb və araşdırmalara başlaılıb. Şəhidlərimizin
19-nun cəsədi tapılıb, sonuncu şəhidimizin nəşinin axtarış işləri
isə davam edir”, – deyə Ərdoğan bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir