Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinətlərin ümumi məbləği 5%-ə yaxın artırılır

Baş səhifə

Bakı. Trend:

Gələn il Azərbaycanda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə
görə verilən müavinətlərin ümumi məbləği 45 milyon manat
olacaq.

Trend xəbər
verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF)
2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə
bildirilir.




Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 2 milyon
manat və ya 4,6% çoxdur.

Gələn il üzrə orta müavinət məbləğinin 1 111 manata qədər
artacağı, müavinət alanların sayının isə 40 507 nəfər təşkil
edəcəyi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir