
Bakı. Trend:
Gələn il Azərbaycanda dəfn müavinəti üzrə verilən müavinətlərin
ümumi məbləği 37,6 milyon manat olacaq.
Trend xəbər
verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF)
2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə
bildirilir.
Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 0,16 milyon
manat və ya 0,4% çoxdur.
Gələn il üzrə orta müavinət məbləğinin 944,23 manata qədər
artacağı, müavinət alanların sayının isə 39 821 nəfər təşkil
edəcəyi gözlənilir.

