Şagird müəllimi döydü – qadın xəstəxanaya yerləşdirildi

Baş səhifə

Moskva məktəblərindən birində şok hadisə baş verib: 10-cu sinif şagirdi qadın müəlliminə hücum edib.

Modern.az xəbər verir ki, Moskva Təhsil və Elm Departamentinin məlumatına görə, tənəffüs zamanı yeniyetmə müəllimin sinifdən çıxmasını gözləyib, daha sonra onun masasından yoxlama işi dəftərlərini  götürüb və çantasına qoyub.

Sinfə qayıtdıqdan sonra müəllim dəftərlərin götürüldüyünü görüb və şagirddən onların qaytarılmasını tələb edib, bu zaman şagird onun başına vurmağa başlayıb. Müəllim xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları işə cəlb olunub və məktəb daxili araşdırma aparır.

“Araşdırmadan sonra hücum edən şəxs qanunun bütün tələblərinə uyğun olaraq cəzalandırılacaq. Şagirdin məktəbdən xaric edilməsi ehtimalı da nəzərdən keçiriləcək”, – deyə idarədən bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir