Gələn il 3 yaşına çatanadək uşağa qulluq üzrə verilən müavinətlərin ümumi məbləği dəyişməyəcək

Baş səhifə

Bakı. Trend:

Gələn il Azərbaycanda 3 yaşına çatanadək uşağa qulluq üzrə
verilən müavinətlərin ümumi məbləği 10 milyon manat olacaq.

Trend xəbər
verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF)
2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə
bildirilir.




Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə dəyişməz
saxlanılıb.

Eyni zamanda gələn il üzrə orta müavinət məbləğinin 396,04
manat, müavinət alanların sayının isə 25 250 nəfər olmaqla eyni
səviyyədə qalacağı proqnozlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir