
Bakı. Trend:
Kiprdə günorta saatlarında baş vermiş 5,2 maqnitudalı zəlzələnin
ardından müxtəlif ballarda olan 8 afterşok qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Limassol şəhərindən
48 km qərbdə olub və ən güclüsü 4,7 bal gücündə olub.
xxx
14:16
Kiprdə 5,2 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Mərkəzin məlumatına əsasən, zəlzələ yerli vaxtla 11:31-də (Bakı
vaxtı ilə 13:31-də) qeydə alınıb.
Zəlzələnin episentri 200 minə yaxın əhalisi olan Limasol
şəhərindən 48 kilometr qərbdə baş verib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

