Azərbaycan və Çin şirkəti arasında energetika sektoruna kapital qoyuluşu müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Çin şirkəti arasında energetika sektoruna kapital
qoyuluşu istiqamətində müzakirələr aparılıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“China Datang Corporation Ltd.” şirkətinin sədri Lü Cün ilə
görüşümüzdə birgə fəaliyyətin perspektivlərini qeyd etdik. Yaşıl
enerji layihələrinin icrası, Birgə Yaşıl Enerji Sənaye Parkı
layihəsinin həyata keçirilməsinin perspektivləri, energetika
sektoruna kapital qoyuluşu, lokallaşdırma imkanları və
texnologiyalar transferi sahəsində potensial əməkdaşlıq
istiqamətləri barədə müzakirələrimiz oldu”, – paylaşımda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir