
Bakı. Trend:
Kanada Rusiyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı ölçülər
siyahısını genişləndirib. “Qara siyahıya” daha 13 fiziki və 11
hüquqi şəxsin adları daxil edilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri
Anita Anand bəyan edib.
“Sanksiyalar siyahısına 13 fiziki və 11 hüquqi şəxs daxil
edilib, onların arasında Rusiyanın pilotsuz uçuş aparatları
proqramının hazırlanması və tətbiqi ilə əlaqəli olanlar da var,” –
məlumatda qeyd olunur.
Bundan əlavə, Kanada Rusiyanın Ukraynaya qarşı “hibrid
strategiyalarında” istifadə etdiyi kiberinfrastrukturu təmin edən
şirkətlərə qarşı da sanksiyalar tətbiq edib. Sanksiya siyahısına
həmçinin mayeləşdirilmiş təbii qazla (LNG) məşğul olan şirkətlər və
100 Rusiya gəmisi daxil edilib.

