Xocavənddə ev və yaşayış binalarının təmirinə 14,6 milyon manat ayrıldı

Baş səhifə

Bakı. Trend:

Xocavənddə fərdi yaşayış evləri və yaşayış binalarınınnövbəti
mərhələ üzrə təmiri işləri aparılacaq.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.

Belə ki, görüləcək işlər çərçivəsində Xocavənd rayonunun
Xocavənd şəhərində fərdi yaşayış evlərinin (200 ev – 33660,00m2),
Ağkənd kəndində fərdi yaşayış evlərinin (30 ev – 5049,00 m2) və
Qırmızıbazar qəsəbəsində çoxmənzilli yaşayış binalarının (32 mənzil
– 3200 m2) təmir işlərinin aparılması nəzərdə tutulur.




Məlumata əsasən, dövlət xidməti sözügedən işlərin icrasını
“Platin-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və
müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 14,6 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Platin-M” MMC 2014-cü
ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan
şirkətin qanuni təmsilçisi Məmmədov İsfəndiyar Mehman oğludur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir