Bu məhsullar insanda xərçəng riskini artırır

Baş səhifə

Bakı. Trend:

Nüfuzlu amerikalı diyetoloq Nikol Endryus iki məhsul istisna
olmaqla, qidaların heç biri xərçəng hüceyrələrinin yaranmasına və
inkişafına təsir etmir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Endryus vurğulayıb ki, şəkər, un məmulatları, bitki yağları və
qida əlavələri onkoloji xəstəliklərin inkişafına təsir
göstərmir.




O, xərçəng riskini sübut olunmuş şəkildə artıran yeganə
məhsullar kimi spirtli içkiləri və emal olunmuş ət məhsullarını
göstərib.

“Emal olunmuş ət məhsulları – hot-doqlar, ət delikatesləri,
sosislər, bekon, yəni istifadəyə hazır və uzun müddət soyuducuda
saxlanıla bilən bütün məhsullardır. Bu məhsullardan az miqdarda
belə istifadə bağırsaq xərçəngi riskini artırır”,- deyə diyetoloq
izah edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir