ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Qazax–Tovuz bölgəsində keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv
təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ)
Respublika Komitəsi üzv təşkilatlarla görüşlərini davam
etdirir.

Qazax–Tovuz bölgəsi üzrə növbəti regional görüş Ağstafa
rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Ağstafa,
Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları üzrə fəaliyyət göstərən
ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak
ediblər.

Görüşdən öncə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur
Orucov, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev və ETİHİ
Respublika Komitəsinin sədri Araz Paşayev Ümummilli Lider Heydər
Əliyevin abidəsini ziyarət ediblər və dahi şəxsiyyətin xatirəsinə
ehtiramlarını ifadə ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik
sükutla yad olunması ilə başlayıb.

Görüşdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, ETİHİ
Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə
Cəfərzadə, ETİHİ-nin məsul əməkdaşları və 472 ilk həmkarlar
ittifaqı təşkilatının sədrləri iştirak ediblər.




Çıxış edən Cəmaləddin Quliyev həmkarlar ittifaqlarının
sosial-iqtisadi sabitliyin qorunmasında oynadığı mühüm roldan, üzv
təşkilatların ictimai fəaliyyətində birliyin və həmrəyliyin
əhəmiyyətindən danışıb.

Daha sonra Araz Paşayev çıxış edərək bildirib ki, üzv
təşkilatlarla birbaşa dialoqun qurulması və onların fəaliyyətinin
dəstəklənməsi ETİHİ-nin əsas prioritetlərindəndir. O, həmkarlar
ittifaqlarının sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri
və işçi hüquqlarının qorunması istiqamətində bir il ərzində həyata
keçirilmiş layihələr və fəaliyyət planları barədə geniş təqdimatla
çıxış edib.

Görüş zamanı üzv təşkilatların fəaliyyəti, yeni təşəbbüslər və
gələcək planlar müzakirə olunub, sədrlərin sualları cavablandırılıb
və təklifləri dinlənilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
bölgələrdə ilk təşkilat sədrləri ilə görüşlərini mərhələli şəkildə
davam etdirir.

Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq
üzvünü, 6 minə yaxın ilk təşkilatı və 148 üzv təşkilatı özündə
birləşdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir