Ceyhun Cəlilovun vəzifəsindən azad edildi –

Baş səhifə

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Baş nazir Ceyhun Cəlilovun vəzifəsindən azad edilməsi məsələsinə baxıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ali Məclisin Mətbuat Xidmətindən bildirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bugünkü iclasının gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.

Muxtar Respublika Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 12 noyabr tarixli Sərəncamına əsasən, Naxçıvan MR Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Muxtar Respublikada Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Buna görə də Ceyhun Cəlilov baş nazir vəzifəsindən azad edilməlidir.

“Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi səsə qoyularaq qəbul olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir