Dünya Bankı ilə kənd təsərrüfatı və suvarma sahəsində yeni layihə müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə nazirinin
birinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Dünya Bankının
Kənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı və
suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək
istiqamətləri, o cümlədən “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və
Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlanması, təsdiqi və
icra mexanizmləri müzakirə olunub. Qeyd olunub ki, bu təşəbbüs
prioritet suvarma sxemləri və fəaliyyətlərinə xüsusi diqqət
yetirməklə Azərbaycanın kənd təsərrüfatı sektorunun
məhsuldarlığını, dayanıqlığını və rəqabət qabiliyyətini artırmaq
məqsədi daşıyır.

A.Kərimov bildirib ki, aqrar sahənin modernləşdirilməsi, suvarma
infrastrukturunun səmərəliliyinin artırılması, iqlim
dəyişikliklərinə uyğun kənd təsərrüfatı texnologiyalarının tətbiqi
və qida təhlükəsizliyinin gücləndirilməsi hökumətin əsas
prioritetlərindəndir.




Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın son illərdə
kənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsində
əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, CRAIS layihəsinin
kənd təsərrüfatı sektorunun dayanıqlılığının artırılmasına, kənd
yerlərində iqtisadi fəallığın və məşğulluğun dəstəklənməsinə xidmət
edəcəyini ifadə edib.

Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrə
mütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərinin
sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir