Yol qəzasında 37 nəfər öldü

Baş səhifə

Perunun cənubundakı dağlıq Arekipa bölgəsində avtobus dərəyə aşıb.

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində 37 nəfər ölüb, onlarla insan yaralanıb.

Yerli rəsmilərin mediaya verdiyi məlumata əsasən, avtobus yük avtomobili ilə toqquşaraq yoldan çıxıb 200 metrdən Okona çayının sahilinə düşüb. Avtobus ölkənin cənubundakı Çala şəhərindən Arekipa şəhərinə istiqamətində hərəkətdə olub.

Qeyd edək ki, çətin relyefli bu ərazidə avtomobil qəzaları tez-tez baş verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir