
Bakı. Trend:
Türkiyə Super Kuboku oyunlarının keçiriləcəyi tarixlər və
məkanlar müəyyənləşib.
Trend xəbər verir ki,
yarımfinal matçları 2025-ci ilin yanvarın 5-də Qaziantepdə, 6-da
isə Adanada baş tutacaq. Final görüşü 10 yanvar tarixində
İstanbulda Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Yarımfinalda “Qalatasaray” “Trabzonspor”la, “Fənərbaxça” isə “Samsunspor”la üz-üzə gələcək. Yarımfinal oyunlarının hansı şəhərdə
keçiriləcəyinə püşkün nəticəsində aydınlıq gələcək.
Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın
iştirakı ilə təşkil olunacaq.

