Aİ Ukraynaya növbəti 6 milyard avroluq tranş ayırır

Baş səhifə

Bakı. Trend:

Noyabrın 13-də Ukrayna Avropa İttifaqından növbəti 6 milyard
avroluq tranş gözləyir.

Trend xəbər verir ki, bu
barədə Ukrayna Ali Radasının Büdcə Komitəsinin sədri Roksolana
Pidlasa məlumat verib.

Deputat Avropa İttifaqının nümayəndələri ilə danışığın
detallarını açıqlayıb.

“Yaxşı xəbər odur ki, biz birbaşa büdcə yardımının növbəti
tranşının planlaşdırıldığı kimi, cümə axşamı günü gəlməsini
gözləyirik. Bu, ERA kreditləri üzrə 4,1 milyard avro və “Ukrayna
Mexanizmi” çərçivəsində 1,9 milyard avro təşkil edir”, – bəyanatda
deyilir.




Pidlasa qeyd edib ki, tranşın alınması hərbi və sosial-humanitar
xərclərin maliyyələşdirilməsi üçün heç bir risk yaratmır.

Deputat qeyd edib ki, Ukraynanın 2026-cı ilin birinci rübünün
sonunda Avropa İttifaqının yeni yardımına ehtiyacı olacaq. Pidlasa
bunun ilk növbədə qeyri-hərbi xərclərin maliyyələşdirilməsinə aid
olacağını vurğulayıb.

Onun sözlərinə görə, Brüsseldə “təzminat krediti”nin müzakirəsi
islahatların davam etdirilməsi və gücləndirilməsi şərtləri ilə
müşayiət olunacaq.

Xatırladaq ki, ötən ay Avropa Komissiyası Ukraynaya 4 milyard
avro məbləğində makromaliyyə yardımının doqquzuncu tranşını
köçürüb. Beləliklə, tammiqyaslı müharibə başlayandan bəri Aİ-nin
ümumi dəstəyi artıq 178 milyard avroya yaxınlaşır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir