BAEA Tehranda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının həcmini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ-ın iyun
ayında həyata keçirdiyi hərbi hücumlardan sonra İranda yüksək
dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının yoxlanması
prosesində çətinliklərin yarandığını açıqlayıb.

Trend xəbər verir ki,
yoxlamalar yalnız hücumlardan zərər görməyən obyektlərdə aparılıb,
İran isə zədələnmiş obyektlərə girişə icazə verməyib.

Agentliyin üzv dövlətlər üçün hazırladığı məxfi hesabatda qeyd
olunur ki, zənginləşdirilmiş uran ehtiyatlarının uçotu “artıq uzun
müddətdir gecikir”. BAEA xatırladıb ki, qaydalara əsasən, 60%-ə
qədər zənginləşdirilmiş uran ehtiyatları hər ay yoxlanmalıdır. Bu
göstərici nüvə silahı üçün tələb olunan səviyyəyə (təxminən 90%)
yaxındır.




Hesabatda vurğulanır ki, zədələnmiş obyektlərdəki uran
ehtiyatlarının vəziyyəti müəyyən edilə bilmir və bu problemin
“təcili şəkildə həll edilməsi” vacibdir.

BAEA-nın qiymətləndirməsinə əsasən, hərbi hücumlaradək İran
440,9 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uranı uran
heksafluorid şəklində saxlayırdı. Agentliyin meyarlarına görə, bu
miqdar onadək nüvə silahı istehsal etmək üçün kifayətdir.

Mənbələr bildirir ki, hücumlar zamanı uranın bir hissəsi məhv
edilsə də, ehtiyatların əsas hissəsi İsfahandakı dərin yeraltı
müəssisədə qorunub saxlanılıb. Həmin obyektin giriş tunelləri zərbə
alsa da, əsas infrastruktura ciddi zərər dəymədiyi bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir