Fransada pensiya islahatının icrasını 2027-ci ilə qədər dayandırmaq barədə qərar qəbul edilib

Baş səhifə

Bakı. Trend:

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) ölkədə
kütləvi etirazlara səbəb olmuş pensiya islahatının icrasını 2027-ci
ilə qədər dayandırmaq barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu
qərar parlamentdə keçirilən səsvermənin nəticələrinə əsasən qəbul
olunub.




Assambleyanın spikeri Yael Braun-Pive iclas zamanı “Düzəliş
qəbul edildi” deyə bəyan edib. Layihənin lehinə 255 deputat,
əleyhinə isə 146 deputat səs verib. Ümumilikdə 505 deputat
səsvermədə iştirak edib, onlardan 104-ü bitərəf qalıb. Bununla da
Fransa müvəqqəti olaraq pensiya yaşını artırmaqdan imtina edən ilk
ölkə olub.

Qeyd edək ki, bundan əvvəl müdafiə naziri Sebastyen Lekornunun
hökuməti Sosialist Partiyasının təklifinə razılıq verərək, 2023-cü
ildə qəbul edilmiş və pensiya yaşını 62-dən 64-ə qaldıran islahatın
dayandırılması ilə bağlı düzəlişi parlamentin səsverməsinə çıxarıb.
Sosialistlər isə cavab olaraq hökumətə qarşı etimadsızlıq
qətnaməsini dəstəkləməyiblər ki, bu da Lekornu kabinetinin
hakimiyyətdə qalmasına şərait yaradıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir