
Bakı. Trend:
Almaniya hökuməti 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3
milyard avro artırmaq niyyətindədir.
Trend xəbər verir ki, bunu
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl
bildirib.
“Büdcə düzəlişlərinə dair iclasda biz Ukraynanın
möhkəmləndirilməsi üçün əlavə olaraq daha 3 milyard avro
ayıracağıq”, – o deyib.

