G7 ölkələri İranın ABŞ ilə birbaşa danışıqlar aparmalı olduğuna inanır

Baş səhifə

G7 ölkələri İranın, nüvə proqramı ilə bağlı ABŞ ilə birbaşa danışıqlar aparmalı olduğuna inanır.

APA xəbər verir ki, bu mövqe G7 xarici işlər nazirlərinin Kanadanın Ontario şəhərində keçirilən görüşündən sonra verdiyi birgə bəyanatda öz əksini tapıb.

G7-yə sədrlik edən Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan sənəddə deyilir ki, İran BAEA ilə əməkdaşlığı tam bərpa etməlidir. Bu isə İranın nüvə obyektlərində yoxlamaların bərpa olunmasını nəzərdə tutur.

“Biz İranı “Avropa üçlüyü”nün (Böyük Britaniya, Fransa və Almaniya) də dəstəklədiyi ABŞ ilə birbaşa danışıqlarda iştirak etməyə çağırırıq”, – sənəddə deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir