
Bakı. Trend:
Viza verilərkən zəvvarlardan sağlamlıq sertifikatı istənəcək.
Sertifikat Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən
təsdiq olunmalı və “Masar” platformasında elektron şəkildə qeydə
alınmalıdır.
Trend
“əl-Xəlic” qəzetinə istinadla xəbər verir ki, bu qayda Səudiyyə
Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən növbəti mövsümdə
tətbiq olunacaq.
Qeyd olunur ki, qurbanlıq heyvanın satın alınması və kəsilməsi
üçün ödəmə “Adahi” platforması və Həcc büroları vasitəsilə həyata
keçiriləcək.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə naziri Taufiq əl-Rəbia bildirib
ki, “Nusuk” kartı Məkkə məscidinə və digər müqəddəs yerlərə giriş
üçün vacib olacaq, eləcə də bütün maliyyə və inzibati əməliyyatlar “Nusuk” və “Masar” platformaları vasitəsilə aparılacaq.

