
Bakı. Trend:
ABŞ-da 43 gündür davam edən şatdaun bu gün başa çatır.
Trend xəbər verir ki,
Nümayəndələr Palatasında hökumətin yanvarın 30-na kimi
maliyyələşməsini nəzərdə tutan qanun layihəsi səsverməyə
çıxarılıb.
Layihə 222 lehinə, 209 əleyhinə səslə təsdiqlənib. Demokratlar
Partiyasının 6 üzvü qanunun lehinə, Respublikaçılar Partiyasından 2
nümayəndə əleyhinə səs verib.
Qanun layihəsi daha əvvəl Senat tərəfindən təsdiqləndiyindən
növbəti mərhələdə ABŞ Prezidentinin imzalanması ilə şatdaun
dayanacaq. Donald Trampın yaxın saatlarda qanun layihəsini
imzalaması gözlənilir.

