
Bakı. Trend:
G7 ölkələri Ukraynadakı münaqişə səbəbindən Rusiyaya iqtisadi
təzyiqi artırmaq niyyətindədir.
Trend xəbər verir ki, bu
barədə G7 Xarici İşlər Nazirlərinin Kanadada keçirilmiş görüşündən
sonra verilən birgə bəyanata deyilir. Ölkələr təcili şəkildə
atəşkəsə nail olunmasının vacibliyini təsdiqləyib.
“Hazırkı təmas xəttinin danışıqların başlanğıc nöqtəsi olması
barədə razılığa gəldik. Biz beynəlxalq sərhədlərin güc yolu ilə
dəyişdirilməməsi prinsipinə sadiq qalırıq. Biz Rusiyanın iqtisadi
xərclərini artırır və Rusiyanın müharibə səylərini
maliyyələşdirməyə kömək edən ölkələrə və qurumlara qarşı tədbirləri
nəzərdən keçiririk”,- deyə bəyanatda qeyd olunur.

