Çində elektrik və hibrid avtomobillərin satışında yeni rekord qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Çində oktyabr ayında 1 milyon 715 min ədəd yeni elektrik və ya
hibrid avtomobil satılıb.

Trend xəbər verir ki, bu
barədə “Cnevpost” nəşri məlumat yayıb.

Satışların böyük hissəsi ölkə daxilində reallaşıb, bir qismi isə
ixrac edilib. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının
məlumatına görə, bu, yeni aylıq rekord göstəricidir.




Bununla yanaşı, elektromobil və hibrid avtomobillərin bazar payı
tarixdə ilk dəfə 50 faiz səviyyəsini ötüb.

Qeyd olunur ki, “Tesla” 2022-ci ilin avqustundan bəri ilk dəfə
Çin elektromobil və hibrid bazarının ilk onluğuna daxil ola
bilməyib. Ən çox satılan marka isə BYD olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir