
Bakı.Trend:
Mərdəkan qəsəbəsinin bir hissəsində təmir işləri ilə əlaqədar
elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ) ərazisində yerləşən 35/6 kV-luq “Şağan-1”
yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən
(KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq.
Bununla əlaqədar olaraq saat 13 noyabr tarixində saat 10:00-dan
16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

