
Bakı.Trend:
Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş
işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ)
ərazisində 35/6 kV-luq yarımstansiyada elektrik avadanlıqlarında
təmir-təftiş və laboratoriya sınaq işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:30-dan 11:30-dək Maştağa
qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsində elektrik
enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli
elektrik enerjisi ilə təmin olunacaq.

