
Bakı. Trend:
Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə Orta Dəhlizin
inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran
məsələləri müzakirə edib.
Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” hesabında paylaşım edib.
“Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi
Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşdük. Görüş
zamanı AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət
istiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflı
məlumat verdik. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı
qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Həmçinin
ictimai nəqliyyat, hava nəqliyyatı, AZAL və Bakı Gəmiqayırma Zavodu
üzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdə
özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi
apardıq”, – paylaşımda qeyd edilib.

