
ABŞ Energetika Nazirliyi 2025-ci ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 68,64 ABŞ dollarından 68,76 dollaradək artırıb.
“APA-Economics”in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 65,15 dollar (öncəki proqnoz – 65 dollar) səviyyəsində olacağı ehtimal olunur.
Bununla yanaşı EIA 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 54,92 dollar (öncəki proqnoz – 52,16 dollar), WTI-nın isə 51,26 dollar (öncəki proqnoz – 48,5 dollar) olacaq.
Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 80,56 dollar və 76,6 dollar təşkil edib.

