Perulu rəssam Sol Alexonun alpakaları Bakıda Heydər Əliyev Mərkəzində

Baş səhifə

Bakı. Trend:

Dekabrın 18-də Heydər Əliyev Mərkəzində perulu rəssam Sol
Alexonun “And və Qafqaz dağları arasında təxəyyül dünyası” (The
Imaginary World between the Andes and the Caucasus) adlı sərgisinin
açılışı olacaq.

Trend xəbər
verir ki, sərgidəki əsərlərin əsas qəhrəmanları isə And yaylasının
rəmzinə çevrilmiş alpakalardır. Sol Alexonun rəsmlərində onlar
insani duyğularla təsvir edilir.




Ziyarətçilər rəssamın xüsusi olaraq Bakı sərgisi üçün yaratdığı
əsərləri də görə biləcəklər. İlk dəfə təqdim ediləcək həmin
əsərlərdə müəllif qəhrəmanlarını Bakının və Şamaxının tarixi
abidələri, görməli məkanlarında təsvir edir: Şamaxıdakı Alpaka
fermasında, Bakının Şeytan çarxında, Bakı bulvarını seyr edərkən,
Heydər Əliyev Mərkəzinin qarşısında və digər məkanlarda.

Bu günədək 60-dan çox yerli və beynəlxalq sərginin iştirakçısı
olan Sol Alexo gənc yaşlarından incəsənətə maraq göstərib. O, And
və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərində
sərhədlərdən asılı olmayan, həm And, həm də Qafqaz dağlarında
yaşayan alpakaların ümumiləşmiş obrazı ilə incəsənətin
mədəniyyətlərarası körpü rolunda çıxış etdiyini vurğulayır. Onun
əsərlərində alpakalar təkcə süjet xətti deyil, həm də rəmzi və
emosional məna daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir