“ChatGPT” bank sisteminə inteqrasiya olunacaq

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın “Mitsubishi” holdinqinə daxil olan maliyyə şirkəti –
“Mitsubishi UFG Financial Group” Amerikanın “OpenAI” şirkəti
tərəfindən yaradılmış “ChatGPT” süni intellekt çat-botunu bank
tətbiqlərinə inteqrasiya etməyi planlaşdırır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Bu çat-bot istifadəçilərə maliyyə idarəçiliyi ilə bağlı
məsləhətlər verəcək.

“Biz “OpenAI Group PBC” ilə əməkdaşlıq sazişi imzalamışıq. Süni
intellektin tövsiyələri vasitəsilə hesab açılması və xidmətlərə
müraciət proseslərində kompleks dəstək göstərən bir xidməti tətbiq
edəcəyik”, – deyə şirkətin mətbuat xidməti tərəfindən yayılan
bəyanatda bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir