
Bakı. Trend:
Kənd təssərrüfatı məhsulları istehsalçılarına məxsus mal-qaranın
qarayara, dabaq, quduzluq və digər yoluxucu xəstəliklərdən
qorunması məqsədilə dövlət büdcəsi hesabına vaksinləşmə
aparılır.
Trend xəbər
verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli
Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və
təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.
“2026-cı ildə baytarlıq xidmətinin həyata keçirilməsi, dövlət
büdcəsi vəsaiti hesabına dərman, vaksinlərin, baytarlıq
ləvazimatların alınması üçün 41,9 milyon manat nəzərdə tutulub.
Nəzərdə tutulmuş vəsaitə 3 milyon manat əlavə olunması üçün də
müraciət olunub” – deyə nazir bildirib.

