Azərbaycan əsrlər boyu müxtəlif dini icma nümayəndələrinin birgə yaşadığı nadir ölkələrdən biridir – Ramin Məmmədov

Baş səhifə

Bakı. Trend:

Bu gün şahidi olduğumuz hadisə Azərbaycan xalqının əsrlər boyu
formalaşdırdığı milli adət-ənənələrinə uyğun olaraq, hətta milli
kimliyindən qaynaqlanan bir hadisə kimi dəyərləndirilməlidir.

Trend xəbər
verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri
Kilsəsinin Bakı ofisinin açılışında deyib.




Onun sözlərinə görə, Azərbaycan əsrlər boyu müxtəlif xalqların,
müxtəlif dini icma nümayəndələrinin birgə yaşadığı nadir ölkələrdən
biridir:

“Bu mərkəzin açılışı bir daha onu göstərir ki, Azərbaycan əsrlər
boyu formalaşdırdığı adət-ənənələri bu gün Prezident İlham Əliyevin
qürurverici siyasəti nəticəsində qorunur, yaşadılır və gələcək
nəsillərə ötürülür”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir