Xocalının daha iki kəndinə növbəti köç mərhələsi baş tutub (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Xocalı. Trend:

Noyabrın 13-də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə
növbəti köç mərhələsi həyata keçirilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, bu gün hər iki kəndə ümumilikdə 50 nəfərdən ibarət 15 ailə
köçürülüb.

Onlardan 9 ailə Daşbulaq, 6 ailə isə Badara kəndində daimi
məskunlaşıb. Yeni mənzillərin açarlarının təqdimatında çıxış edən
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev
sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib. M.
Əfəndiyev bildirib ki, köç edən ailələrin sosial rifahı və
məşğulluğu diqqət mərkəzində saxlanılır, onlara həm dövlət, həm də
özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq istəyənlər üçün də bütün lazımi şərait var. Xatırladaq
ki, əvvəlki mərhələlərdə Daşbulaq kəndinə 91 nəfərdən ibarət 21
ailə, Badara kəndinə isə 31 ailə (117 nəfər) köçürülüb. Hazırda hər
iki yaşayış məntəqəsində sakinlərin rahat həyatı üçün bütün zəruri
infrastruktur – elektrik, qaz, su, rabitə və kommunal xidmətlər tam
şəkildə bərpa olunub.

13:40

xxx

Xocalı rayonuna yola salınan növbəti köç karvanları Daşbulaq və
Badara kəndlərinə çatıb.

Trend-in yerli müxbiri xəbər verir ki, Daşbulaq
və Badara kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.




Qeyd edək ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya
isə 6 ailə (19 nəfər) köçürülüb.

13:15

xxx

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun
Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə
növbəti köç karvanları yola salınıb.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun Badara və Daşbulaq
kəndlərinə və Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər
respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.

Xocalının Daşbulaq kəndinə 9 ailə, – 31 nəfər, Badara kəndinə 6
ailə – 19 nəfər, Ağdərənin Vəngli kəndinə isə 11 ailə-45 nəfər
köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı
ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir