
Bakı. Trend:
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend xəbər
verir ki, toplantıda Misli Premyer Liqasının XI turunun oyunları
ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
07.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun
“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu
sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə
edilsin (maddə 43.1);
08.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun
“Zirə” – “Turan Tovuz” oyununda “Zirə” komandasında 5 nəfər sarı
vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə
43.1);
08.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun
“Zirə” – “Turan Tovuz” oyununun 61-ci dəqiqəsində “Turan Tovuz”
komandasının 19 nömrəli futbolçusu Roberto Olabe ikinci sarıdan
qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Turan Tovuz”
komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun
“Kəpəz” – “Sabah” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı
vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin
(maddə 43.1);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun
“Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı
vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin
(maddə 43.1);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun
“Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində “Qarabağ”
komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına
kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal
cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası
6000 manat cərimə edilsin (maddə 52.5);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun
“Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi”
komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya
atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə
“Neftçi” komandası 3500 manat cərimə edilsin (maddə 86.3);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun
“Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi”
komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına
kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal
cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası
7000 manat cərimə edilsin (maddə 52.5);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun
“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən
oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə
“Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
Qeyd edək ki, İntizam Komitəsi “Qarabağ”la oyun bitdikdən sonra
hakimi təhqir etdiyi üçün Samir Abasova 4 oyunluq cəza verib, “Neftçi” isə 10000 manat məbləğində cərimələnib.

