
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının
hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə
ticarət əməliyyatları həyata keçirib, 115 ölkəyə məhsul ixrac
olunub, 168 ölkədən idxal olunub.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məəlumata əsasən, gömrük orqanlarında qeydiyyatı aparılmış,
lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan
xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə
alınmaqla 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici
ticarət dövriyyəsi 35,403 milyard ABŞ dolları təşkil edib. Ticarət
dövriyyəsinin 18,634 milyard dollarını və ya 52,6 faizini ölkədən
ixrac olunmuş məhsulların, 16,769 milyard dollarını (47,4 faizini)
isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1,865 milyard
dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin
yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi
faktiki qiymətlərlə 3,6 faiz artıb, real ifadədə isə 8,1 faiz
azalıb. İdxal real ifadədə 8,3 faiz, ixrac isə 7,9 faiz azalıb.
2025-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz
məhsullarının ixracı 2,649 milyard dollar təşkil edib və 2024-cü
ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 7,6 faiz
artıb, real ifadədə isə 15,7 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən
ölkənin xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliya, 12,3 faizi
Türkiyə, 10,3 faizi Rusiya, 9,6 faizi Çin, 3,1 faizi Almaniya, 2,9
faizi ABŞ, 2,7 faizi Birləşmiş Krallıq, 2,1 faizi Çexiya, 1,9 faizi
Yunanıstan, 1,8 faizi Gürcüstan, 1,7 faizi Bolqarıstan, 1,6 faizi
Qazaxıstan, 1,5 faizi Xorvatiya, hər biri 1,4 faiz olmaqla Rumıniya
və İsveçrə, 1,3 faizi İran, hər biri 1,1 faiz olmaqla Portuqaliya,
Ukrayna və Avstraliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan və
Belarus, 14,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət
əməliyyatlarının payına düşüb.
İxracın 45,8 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 4,7
faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,4 faizini Yunanıstana,
3,1 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,7 faizini
Gürcüstana, hər biri 2,5 faiz olmaqla Almaniya və Rumıniyaya, 2,1
faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş
Krallığa, hər biri 0,9 faiz olmaqla İrlandiya və Ukraynaya, 0,8
faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə,
0,5 faizini Fransaya, hər biri 0,4 faiz olmaqla Birləşmiş Ərəb
Əmirlikləri, Tailand, İndoneziya, Çin və Qazaxıstana, 3,4 faizini
isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2
faiz), Türkiyəyə (16,4 faiz), İsveçrəyə (9,4 faiz), Gürcüstana (9,2
faiz), Ukraynaya (5,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0
faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,1 faiz), Özbəkistana
(2,0 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,8 faiz), İtaliyaya
(1,2 faiz), Çinə (1,2 faiz) göndərilmiş malların payı üstünlük
təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,9 faizi Çin,
16,5 faizi Rusiya, 10,5 faizi Türkiyə, 5,7 faizi ABŞ, 4,3 faizi
Birləşmiş Krallıq, 3,8 faizi Almaniya, 3,0 faizi Qazaxıstan, 2,7
faizi İran, hər biri 2,2 faiz olmaqla İtaliya və Avstraliya, hər
biri 1,7 faiz olmaqla Meksika, Braziliya və Cənubi Afrika
Respublikası, hər biri 1,6 faiz olmaqla Özbəkistan və Yaponiya, hər
biri 1,5 faiz olmaqla Koreya və Belarus, 1,2 faizi Ukrayna, 1,1
faizi İsveçrə, hər biri 1,0 faiz olmaqla Fransa, Hindistan və
İspaniya, 12,6 faizi isə digər ölkələr ilə aparılmış idxal
əməliyyatlarının payına düşüb.
2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü
ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 34,6
faiz, təzə tərəvəz – 16,1 faiz, şəkər – 56,8 faiz, siqaretlər –
24,4 faiz, kartof – 47,0 faiz, meyvə və tərəvəz şirələri – 2,6
faiz, bitki yağları – 24,8 faiz, çay – 1,0 faiz, mineral gübrələr –
4,5 faiz, polietilen – 6,7 faiz, emal olunmamış alüminium – 44,1
faiz, sement klinkerləri – 17,5 faiz, pambıq ipliyi – 21,4 faiz
artıb, meyvə və tərəvəz konservləri ixracı isə 15,2 faiz, tütün –
51,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,7
faiz, təbii üzüm şərabları və üzüm suslosu – 27,3 faiz, pambıq lifi
– 8,0 faiz, polipropilen – 1,7 faiz, elektrik enerjisi – 30,4 faiz,
qara metallardan borular – 3,8 faiz, qara metallardan çubuqlar –
39,3 faiz, bentonit gili – 14,5 faiz azalıb.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2025-ci ilin
yanvar-sentyabr aylarında buğda idxalı 15,8 faiz, xam şəkər – 19,2
faiz, kartof – 18,3 faiz, təzə tərəvəz – 37,1 faiz, siqaretlər –
4,0 dəfə, minik avtomobilləri – 31,5 faiz, polad prokatı – 3,2
faiz, məişət kondisionerləri – 12,9 faiz, mebellər – 2,8 faiz,
avtobuslar – 3,1 dəfə, polietilen – 19,5 faiz, mineral gübrələr –
0,7 faiz, qara metallardan çubuqlar – 2,9 faiz, polipropilen – 5,5
faiz, məişət soyuducuları – 18,5 faiz artıb, bitki yağları idxalı
isə 15,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,0
faiz, təzə meyvə – 14,5 faiz, şokolad və şokolad məhsulları – 2,6
faiz, unlu qənnadı məmulatları – 1,2 faiz, çay – 6,9 faiz, quş əti
və onun əlavə məhsulları – 28,2 faiz, mal əti – 0,9 faiz, dərman
vasitələri – 16,8 faiz, qara metallardan borular – 16,1 faiz,
hesablama maşınları, blok və qurğuları – 8,7 faiz, ayaqqabılar –
4,0 faiz, rezin şinlər – 1,4 faiz, sintetik yuyucu vasitələr – 7,1
faiz, yük avtomobilləri – 3,4 faiz, paltaryuyan maşınlar – 7,0
faiz, qara metallardan künclüklər – 2,6 faiz, sement – 23,8 faiz
azalıb.

