Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 24%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – oktyabr ayları ərzində Naxçıvan Muxtar
Respublikası üzrə istehlakçılara 1,4 milyon manatdan çox ƏDV
məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 25,1 faiz çoxdur.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.




Məlumata əsasən, layihənin icrası müddətində istehlakçılara
qaytarılan məbləğ 3,7 milyon manatdan çox olub.

“Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin
genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların
qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə
nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 10 ayında
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə
409,8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 24,3 faiz çoxdur”, –
məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir