Mediasiyanın məqsədi boşanmaların qarşısını almaq deyil – Hüquqşünas

Baş səhifə

2019-cu ildə “Mediasiya Haqqında Azərbaycan Respublikasının Qanun”unun qəbul edilməsi ilə mediasiya fəaliyyətinin əsasını qoyulub. Bu qanun mediasiya prinsiplərini, qaydalarını və məcburi tətbiq sahələrini müəyyənləşdirdi. Həmin ildən tətbiq və icrası üçün addımlar atılıb.

Hüquqşünas Ramil Süleymanov mediasiya təşkilatının təyinatı haqda Modern.az-a danışıb.

R.Süleymanov qeyd edib ki, qurumun yaradılma məqsədi haqda cəmiyyətə düzgün informasiya ötürülməyib:

“Mediasiya alimentin ödənilməsi, boşanmaların qarşısının alınması üçün nəzərdə tutulmuş bir institut deyil. Təqdimat bəzi bilgisiz adamlar tərəfindən səhv edilib”. 

Təşkilatın əsas hədəfi mübahisə edən iki şəxs arasında uzun-uzadı mübahisələrin davam etməməsi, əlavə maliyyə zərərlərinin olmaması və vətəndaşların maddi ziyana uğramaması üçün nəzərdə tutulmuş bir təşkilatdır:

“Fikrimcə, qurum təyinatı üzrə özünü doğrultmadı”.

Cavid Zahidoğlu

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir