
Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə
kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində
yerləşən yaşayış kompleksində 219 yeni, tam təmirli mənzilləri
vətəndaşlara təqdim edir.
Trend Fonda
istinadən xəbər verir ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla,
aylıq ödənişləri 347 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 20.11.2025-ci il tarixində saat
15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış
sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola
bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət
İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron
İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi
qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və
rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi
(www.mcgf.gov.az) və rəsmi Youtube kanalından
(https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin
“1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi
çərçivəsində 8456 kirayə müqaviləsi bağlanılıb.

