Qaxın yeni icra başçısı kollektivə təqdim olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qaxın yeni icra başçısı kollektivə təqdim olunub.

Trend xəbər verir ki,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qax Rayon İcra
Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat
məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon
ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim
olunub.




Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının
tapşırıq və tövsiyələrini çatdırıb. E.Paşayev ona göstərilən
etimada görə minnətdarlıq edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir