Azərbaycan və İsrail fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığı gücləndirir (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov İsrail Dövlətinin ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz
ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazir Kəmaləddin Heydərov səfir Ronen Krauszu
səmimi salamlayaraq, ölkəmizdə fövqəladə və səlahiyyətli səfir
təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar
arzulayıb.

Azərbaycan ilə İsrail arasında qarşılıqlı hörmətə və dostluğa
əsaslanan münasibətlərin daim genişləndiyini xatırladan nazir, bu
çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun
qurumları arasında səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini
bildirib.




Azərbaycanda fövqəladə halların qarşısının alınması və
nəticələrinin aradan qaldırılması üzrə görülən işlər barədə səfirə
ətraflı məlumat verən K.Heydərov, qurumlar arasında müxtəlif
istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı
potensialın mövcud olduğunu vurğulayıb.

Səmimi görüşə və təbrikə görə təşəkkürünü bildirən İsrail
Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen
Krausz iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə
hallarla mübarizə sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən
məmnunluq ifadə edib. Səfir R.Krausz fövqəladə halların idarə
edilməsi üzrə uyğun qurumlar arasında əlaqələrin
genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə
səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir