Türkiyədə sərnişinlərlə dolu tramvayı ildırım vurub

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Qaziantep şəhərində içində sərnişinlər olan və
hərəkətdə olan tramvayı ildırım vurub.

Trend bu barədə
türk KİV-ə istinadla xəbər verir.

Məlumata görə, insident Pəncərli rayonunda leysan yağış yağarkən
baş verib.




Sərnişinlər dərhal təxliyə olunublar. Xoşbəxtlikdən hadisə
nəticəsində xəsarət alan olmayıb.

Zədələnmiş tramvay xəttdən çıxarılana qədər həmin marşrutda
tramvayların hərəkəti dayandırılıb.

Şəhər meri Fatma Şahin öz sosial şəbəkə hesabında bildirib ki,
tramvayın ildırımdan müdafiə sistemi ilə təchiz olunması sayəsində
nə sərnişinlərə nə dəfə nəqliyyat vasitəsinə ciddi ziyan
dəyməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir