Gürcüstan məhkəməsi sabiq baş nazirin həbsinə qərar verib

Baş səhifə

Bakı. Trend:

Gürcüstanda Tbilisi şəhər məhkəməsi 2019-cu ildə keçirilmiş
etiraz aksiyasının dağıdılması və sərhədyanı blok-postun qurulması
epizodları üzrə ittiham olunan sabiq baş nazir Georgi Qaxariya
barəsində qiyabi həbs qərarı çıxarıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, 2019-cu ilin iyununda keçirilən mitinqin
dağıdılması ilə bağlı iş üzrə, hüquq-mühafizə orqanlarının rezin
güllələrdən istifadə etdiyi hadisədə, Qaxariya iki və daha çox
şəxsin sağlamlığına qəsdən zərər vurulmasını təşkil etməkdə və
səlahiyyətlərini aşmaqda ittiham olunurdu.

Məhkəmə hazırda Almaniyada yaşayan Qaxariyanın həbsi ilə bağlı
prokurorluğun vəsatətini təmin edib. Qərara əsasən, sabiq baş nazir
Gürcüstana qayıdacağı təqdirdə saxlanılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir